Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar vətəndaş qəbulları rayonun İmamqulukənd və Gündüzqala kəndlərində baş tutub

03 sentyabr 2026 | 17:18
 
Rayon rəhbərliyi tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbullar zamanı sakinlərin problem və təkliflərinin dinlənilməsi, müvafiq qurumların iştirakı ilə məsələlərin ətraflı müzakirə olunması və həlli yollarının müəyyənləşdirilməsi təmin edilir.
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulları rayonun İmamqulukənd və Gündüzqala kəndlərində baş tutmuşdur. Səyyar qəbullarda həmçinin RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kəndlərin sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı İmamqulukənd kənd sakinləri kənddə konserv zavodunun yaradılması, stadion və güləş zalının inşası, eləcə də görkəmli şair, ictimai xadim Zabit Rizvanovun onun adını daşıyan İmamqulukənd kənd tam orta ümumtəhsil məktəbinin həyətində büstünün ucaldılması ilə bağlı müraciətlərini bildiriblər. Kənd mədəniyyət evində inventarların yenilənməsi, fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, istifadə üçün torpaq sahəsinin ayrılması, torpaq sahəsinin sənədləşdirilməsi və subsidiya alınmasına köməklik göstərilməsi və digər məsələlər də sakinlərin müraciətləri sırasında yer alıb.
Gündüzqala kəndində keçirilən səyyar qəbul zamanı sakinlər kənddə SİP-ləşmə işlərinin tam başa çatdırılması və istismara yararsız və köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını xahiş ediblər. Sakinlərə məlumat verilib ki, kənd üzrə elektrik təsərrüfatında görülməsi nəzərdə tutulan işlərin təxminən 75 faizi artıq yekunlaşıb və işlər hazırda da davam etdirilir. Bununla yanaşı, kənd stadionunda geyinib-soyunma otağının quraşdırılması, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi, eləcə də kənd ərazisində asfalt yolun təmir olunması ilə bağlı müraciətlər səsləndirilib.
İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verib, həmçinin kənd sakinlərinin həyat şəraiti və məşğuliyyəti, şagirdlərin təhsil göstəriciləri ilə maraqlanıb və Gündüzqala kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub.
Sakinlər onlara göstərilən diqqət və qayğıya, rayon ərazisində həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq işləri və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər