Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar vətəndaş qəbulu Kənarçay kəndində keçirilib-2026

14 iyul 2026 | 22:38
İyulun 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Kənarçay kənd sakinlərinin səyyar qəbulunu keçirib. Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin müraciət və təkliflərini dinləyib. Eyni zamanda, kənddə mövcud sosial-iqtisadi vəziyyət, məşğulluq imkanları, kənd təsərrüfatı sahəsində mövcud vəziyyətlə maraqlanıb.
Səyyar qəbul zamanı sakinlər tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılıb. Həzrə-Sudur avtomobil yolunun asfaltlanması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, kəndin təbii qazla təminatı kimi məsələlər sakinlərin müraciətləri sırasında yer alıb. Sakinlər bildiriblər ki, yanacaq odunla təminat baha başa gəldiyindən onlar qış mövsümündə istiliyi digər alternativ yollarla təmin etmək məcburiyyətində qalırlar. Bundan əlavə qeyd edilib ki, kənd tibb məntəqəsində ixtisaslı kadrın fəaliyyət göstərməməsi, kəndə müntəzəm sərnişin marşrutunun olmaması, kənddə internet şəbəkəsinin və kənd tam orta məktəbində kompüter avadanlıqlarının olmaması sakinlərin və təhsilalanların gündəlik həyatlarında müəyyən çətinliklər yaradır.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilib, bir sıra məsələlərə müvafiq izahat verilib, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılıb, qaldırılan problemlərin həlli üçün əlaqədar idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər