Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Növbəti səyyar vətəndaş qəbulu Qaratoba kəndində keçirilib

13 avqust 2026 | 19:09
 
Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin müraciət və təkliflərini dinləyib. Eyni zamanda, kənd sakinlərinin məşğulluq imkanları, kənd təsərrüfatı sahəsində mövcud vəziyyətlə maraqlanıb.
Səyyar qəbul zamanı sakinlər kənddə yeni məktəb binasının inşa edilməsi, kəndin qazlaşdırılması, artezian quyusunun qazılması, köhnəlmiş elektrik xəttləri və dirəklərinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilib, bir sıra məsələlərə müvafiq izahat verilib, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılıb, qaldırılan problemlərin həlli üçün əlaqədar idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər