Noyabrın 24-də Qusar rayonunun Xuluqoba və Gicanoba kəndlərində Qusar Rayon İcra Hakimiyyəti başçısının səyyar vətəndaş qəbulları keçirilmişdir
Noyabrın 24-də Qusar rayonunun Xuluqoba və Gicanoba kəndlərində Qusar Rayon İcra Hakimiyyəti başçısının səyyar vətəndaş qəbulları keçirilmişdir.
Səyyar qəbullarda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı Xuluqoba kənd sakinləri qış aylarında su təminatında yaranan çətinliklərin aradan qaldırılması, kəndin qazlaşdırılması və kənd yolunun asfaltlanması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini etmiş, kənddə stadion ərazisinin olmaması və gənclər üçün idman imkanlarının yaradılması zərurəti qeyd edilmişdir. Həmçinin Ünvanlı Dövlət Sosial Yardımı ilə bağlı zəruri dəstəyin göstərilməsi xahiş edilmişdir.
Gicanoba kənd sakinləri tərəfindən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, kənddə avtobus dayanacağının quraşdırılması ilə bağlı müraciətlər səsləndirilmişdir.
İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.






