Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı müvafiq sərəncama əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edilib.
Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.
2020-ci il oktyabrın 25-də müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağımızı dalğalandırmışdır.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çox sayda hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.






