Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Onlayn qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib

02 oktyabr 2026 | 19:03
 
Qusar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların onlayn qəbulları davam etdirilir. Oktyabrın 2-də keçirilən növbəti onlayn qəbul zamanı rayon sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və maddi yardım göstərilməsi, işlə təmin olunma, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi, yaşayış evinin həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik xəttinin ərazidən kənarlaşdırılması və digər sosial-məişət məsələlərini əhatə edib.
Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin mahiyyəti ilə bağlı müvafiq izahatlar verib. Hər bir müraciət ayrı-ayrılıqda nəzərdən keçirilib, qeydiyyata alınıb və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər