Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Piral kəndində vətəndaşların səyyar qəbulu keçirilib

11 sentyabr 2025 | 18:10
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun növbəti səyyar qəbulu rayonun Piral kəndində keçirilib. Qəbulda RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı kənd sakinləri qaldırdıqları məsələlərlə bağlı təkliflərini səsləndirib, müvafiq izahlar alıblar. Bütün müraciətlər qeydə alınaraq nəzarətə götürülüb. Sakinlər bir sıra abonentlərin SİP kabel xəttinə qoşulması, kənddaxili mərkəzi yolun asfaltlanması, xüsusən də aşağı məhəllələrdə içməli su təminatının yaxşılaşdırılması, kənd ərazisində artezian quyusunun qazılması, ödəniş terminalının quraşdırılması, həmçinin fərdi yaşayış evinə elektrik enerjisi və qazın verilməsi məsələləri ilə bağlı müraciətlərini ediblər.
Bildirilib ki, noyabr ayının sonuna kimi kənddə qalan bütün abonentlərin SİP kabel xəttinə qoşulması tam təmin ediləcək, növbəti il ərzində isə əlavə olaraq dörd yeni transformatorun quraşdırılması nəzərdə tutulur, həmçinin sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində ardıcıl işlər aparılır.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər