Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Polis Akademiyasının kursantı Qusar rayonunda polis olmaq arzusunda olan gənclərlə görüşüb

12 fevral 2026 | 18:37
Qusar rayonundan olan və hazırda Polis Akademiyasında təhsil alan kursant Elton Bayramov doğma rayonuna gələrək Qusar Rayon Polis Şöbəsində Polis Akademiyasına hazırlaşan abituriyentlərlə görüşüb.
Görüşdə həmçinin Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev, abituriyentlər və onların valideynləri iştirak ediblər. Kursant görüş zamanı Akademiyada təhsil prosesi, qəbul qaydaları, fiziki və nəzəri hazırlıq mərhələləri, eləcə də polis peşəsinin tələbləri, vəzifə öhdəlikləri barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində abituriyentlər Qusar Rayon Polis Şöbəsinin inzibati binası, xidməti otaqlar və polis avtomobilləri ilə yaxından tanış olublar. Onlara polis orqanlarının fəaliyyəti, gündəlik xidmət prosesi və maddi-texniki təminat barədə ətraflı məlumat verilib.
Görüşün əsas məqsədi gənclərdə polis peşəsinə marağın artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcək karyera seçimində dəstək göstərilməsi olub.
Keçidlər