Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş tədbir keçirilib

09 yanvar 2025 | 18:27
Yanvarın 9-da Qusar rayon Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı ilə qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisad elmləri doktoru, MSK nümayəndəsi Təranə Kərimova müasir dövrdə gender bərabərliyinin bütün sahələrdə olduğu kimi dövlət idarəetməsi, siyasi sferada da qorunmasının aktual olduğunu, Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktiv olmasının sevindirici hal olduğunu qeyd edərək, seçki prosesində də bu fəallığın nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, uğurla aparılan dövlət-qadın siyasətinin nəticəsidir ki, bu gün qadınlarımızın istər seçkili orqanların işində, istərsə də dövlət idarəedilməsinin müxtəlif pillələrində təmsilçiliyinin xüsusi çəkisi artmaqdadır.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin tarixi ənənələr və müasir dövrün tələbləri ilə uyğunlaşdığını, qadınlarımızın seçib-seçilmək, dövlət strukturlarında aparıcı vəzifələri yerinə yetirmək hüququna malik olduqlarını qeyd edən Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov 61 saylı Qusar DSK-da 65 seçki məntəqəsi üzrə ümumi 52703 nəfər seçicidən 27949 nəfərini qadınların təşkil etdiyini, 8 bələdiyyə üzrə 61 saylı DSK-dan namizədliyi qeydə alınan 223 nəfərdən 49 nəfərinin qadınların təşkil etdiyini vurğulayıb.
Çıxış edən digər iştirakçılar qadınların biznes, ticarət, sənaye sahələrində də çalışmalarının onların güclü ictimai rolunun göstəricisi olduğunu qeyd edərək bu sahədə yaradılan imkanlardan söz açıblar. Tədbirdə həmçinin Qusar Qadın Resurs Mərkəzi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara hər zaman lazımi dəstəyin göstərildiyi vurğulanıb. Ölkənin müxtəlif bölgələrində keçirilən bu kimi tədbirlərin Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst iştirakına, siyasi aktivliyinin artırılmasına, gender bərabərliyinin təmin edilməsinə xidmət etdiyi qeyd olunub.
Sonda tədbir iştirakçılarının təklif və istəkləri dinlənilib, sualları cavablandırılıb.
Keçidlər