Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qafqaz Robotexnika Mərkəzinin yetirmələri parlaq qələbə qazanıblar

03 mart 2025 | 18:01
Qusar şəhərində fəaliyyət göstərən “ Kavkaz Robotics Scholl” tədris mərkəzinin şagirdləri 1 və 2 mart tarixlərində Bakı şəhərində keçirilən “Fibonacci İnternational” robot olimpiadalarının Azərbaycan mərhələsində “Sumo robot” kateqoriyası üzrə möhtəşəm nəticə əldə ediblər.
Belə ki, Qusar şəhər 1,2,3,6 nömrəli və eləcə də kənd məktəblərinin şagirdlərindən təşkil olunmuş üç komanda I yer, bir komanda isə üçüncü yerə layiq görülərək yarışmanın Türkiyədə keçiriləcək növbəti mərhələsinə vəsiqə qazanıblar.
Qusar Rayon İcra Hakimiyyətinin adından qalibləri və onların müəllimlərini təbrik edir, gələcək yarışlarda və fəaliyyətlərində uğurlar arzu edirik.
.
Keçidlər