Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qalacıq kəndində səyyar vətəndaş qəbulu keçirilib

04 noyabr 2026 | 18:13
 
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu rayonun Qalacıq kəndində keçirilib.
Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin müraciət və təkliflərini dinləyib. Eyni zamanda, kənddə mövcud sosial-iqtisadi vəziyyət, məşğulluq imkanları, kənd təsərrüfatı sahəsində mövcud vəziyyətlə maraqlanıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı sakinlər tərəfindən kəndin elektrik enerjisi təchizatı sisteminin yenilənməsi, yaşayış evinin üzərindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsi, torpaq sahəsinin ayrılması, kənddə idman zalının yaradılması, məktəbdə rus bölməsi üzrə hazırlıq sinfinin, eləcə də uşaq bağçasının fəaliyyətinin bərpa olunması ilə bağlı müraciət və təkliflər səsləndirilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilib, bir sıra məsələlərə müvafiq izahat verilib, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılıb, qaldırılan problemlərin həlli üçün əlaqədar idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər