Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qanunsuz küçə ticarəti ilə bağlı profilaktik tədbirlər həyata keçirilib

02 dekabr 2024 | 17:56
Bir müddət əvvəl Qusar rayon sakinləri bazar ətrafı küçələrin kənarında qanunsuz küçə ticarətinin aparılmasından narazılıq edirdilər. Səkilərin küçə ticarəti ilə qanunsuz məşğul olan şəxslər tərəfindən zəbt olunaraq gigiyenik qaydalara əməl edilmədən ərzaq məhsullarının satılması, rahat gediş-gəliş üçün maneələr yaradılaraq hərəkətin məhdudlaşdırılması sakinlərin haqlı narazılığına səbəb olurdu.
Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi tərəfindən şəhərin görkəminə xələl gətirən, antisanitariya vəziyyəti və insan sağlamlığı üçün təhlükə yaradan qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində müvafiq tədbirlər həyata keçirilib. Belə ki, rayon Mərkəzi bazarının ətraf küçələrinin piyadalar üçün nəzərdə tutulmuş səkiləri müxtəlif əşyalardan və satış üçün nəzərdə tutulan məhsullardan təmizlənib, həmin ərazilərin qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt olunmasına imkan verilmir.
Qusar Rayon İcra Hakimiyyəti Polis İdarəsi ilə birlikdə əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək. Lakin təkcə dövlət qurumları deyil, hər bir rayon sakini küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, sağlamlıq üçün təhlükə yaradacaq ərzaq və digər keyfiyyətsiz məhsulları belə yerlərdən almamalı, elementar təmizlik normalarına riayət etməli, şəhərin görkəminə xələl gətirən bu kimi hallara qarşı mübarizədə fəallıq göstərməlidir.
Keçidlər