Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qarabağda quruculuq işləri və Böyük Qayıdış – Zəfərdən quruculuğa doğru

02 noyabr 2026 | 10:23
 
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramı bu gün artıq real nəticələrini verir. Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur.
Bu prosesin gənc nəslə aşılanması, onlarda vətənpərvərlik hissinin və dövlətçilik təfəkkürünün gücləndirilməsi məqsədilə Qusar rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər davam etdirilir.
Bu istiqamətdə növbəti tədbirlər rayonun Qalacıq kənd tam orta və Yeni Həyat kənd ümumi orta ümumtəhsil məktəblərində təşkil olunub.
Qalacıq kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin iştirakı ilə “Qarabağda quruculuq işləri: Böyük Qayıdış” mövzusunda tədbir keçirilib. Tədbir zamanı şagirdlərə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, salınan yeni yaşayış kompleksləri, sosial infrastruktur layihələri və doğma yurdlarına qayıdan insanların həyatında baş verən müsbət dəyişikliklər barədə ətraflı məlumat verilib.
Çıxışlarda Böyük Qayıdış proqramının tarixi, siyasi və mənəvi əhəmiyyəti vurğulanıb. Şagirdlər Qarabağın dirçəlişi, milli-mənəvi dəyərlərimizin qorunması və ölkəmizin gələcək inkişafında gənc nəslin üzərinə düşən məsuliyyət haqqında fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Qarabağda aparılan quruculuq işlərini əks etdirən sənədli film nümayiş edilib.
Rayonun Yeni Həyat kənd ümumi orta ümumtəhsil məktəbində isə “Zəfərdən quruculuğa: Böyük Qayıdış” mövzusunda dəyirmi masa təşkil olunub. Çıxış edən müəllimlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifəsi olmaqla yanaşı, həm də yeni mərhələnin - Böyük Quruculuq dövrünün başlanğıcıdır. Qeyd olunub ki, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin öz maliyyə resursları hesabına həyata keçirdiyi misilsiz bərpa və yenidənqurma işləri dünya təcrübəsində nadir rast gəlinən hadisədir.
Şagirdlərin aktiv iştirakı ilə keçən müzakirələr zamanı vurğulanıb ki, Böyük Qayıdış həm də milli yaddaşın, tarixi ədalətin və mənəvi dəyərlərimizin öz yurduna qayıdışıdır.
Keçidlər