Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qaratoba kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiyamız – ana qanunumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib

12 noyabr 2026 | 17:59
 
Dövlətin suverenliyinin, xalq hakimiyyətinin, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təminatının başlıca hüquqi təminatı olan Konstitusiya cəmiyyətin inkişaf istiqamətlərini və dövlət-vətəndaş münasibətlərinin əsas prinsiplərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəm hüquqi təməlini yaratmaqla ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını təşkil edir.
Noyabrın 11-də Qusar rayonunun Qaratoba kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiyamız – ana qanunumuzdur” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkənin yeni inkişaf mərhələsinin tələblərinə cavab verən ali hüquqi sənədin hazırlanması zərurəti yaranmış, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mühüm işlər həyata keçirilmişdir. Ulu Öndərin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış, layihə geniş ictimai müzakirəyə təqdim olunmuşdur. Nəticədə, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmiş, həmin il noyabrın 27-dən qüvvəyə minmişdir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirməklə ölkədə demokratik islahatların, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Çıxışlarda, həmçinin Konstitusiyanın zamanın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən hüquqi islahatlara toxunulub. Bildirilib ki, ali hüquqi sənədə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar əsasında müvafiq əlavə və dəyişikliklər edilib.
Tədbir zamanı şagirdlərə Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı rolu, vətəndaşların hüquq və azadlıqları, onların vəzifələri, qanun qarşısında bərabərlik prinsipi, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, hər bir vətəndaşın Konstitusiyaya və qanunlara hörmətlə yanaşmasının, hüquq və vəzifələrini bilməsinin, cəmiyyət qarşısında məsuliyyətini dərk etməsinin vacibliyi diqqətə çatdırılıb.
Keçidlər