Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün!

21 oktyabr 2024 | 18:35
Şəhidlik ən uca zirvə, vətənpərvərliyin ən ali məqamıdır. Bu zirvəni fəth edənlərin ömürləri min illərlə, əslində, ölümsüzlükləri ilə ölçülür. Onların göstərdikləri qəhrəmanlıqlar, Vətənə olan sevgiləri gələcək nəsillərə nümunədir.
Vətən yolunda can verən şəhidlərimizin xatirəsi Qusarda da hər zaman əziz tutulur. 19 oktyabr 2024-cü il tarixində Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov II Qarabağ müharibəsi zamanı şəhadətə ucalan əsgərimiz Qurbanov Elvin Elmar oğlunun Qusar şəhərində keçirilən anım mərasimində iştirak edib. Mərasimdə həmçinin Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi sonsuz ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları şəhidin doğulub boya-başa çatdığı evində verilən ehsan süfrəsində iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Məlumat üçün bildirə ki, Azərbaycan Ordusunun əsgəri olmuş Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində savaşıb, oktyabrın 1-də şəhid olub. “Vətən uğrunda medal”, “Füzulinin azad olunmasına görə medalı” ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər