Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qeyri-hökumət təşkilatları ilə görüş baş tutub

16 may 2025 | 09:43
 
15 may 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə rayonda fəaliyyət göstərən ictimai birliklərin, cəmiyyət və digər qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tərəfdaşlıq münasibətlərinin təşviqi, əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, inkişafı məsələləri müzakirə edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları salamlayaraq, dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə birgə cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Ağsaqqallar Şurasının Qusar rayon şöbəsi, Qızıl Aypara Cəmiyyətinin Qusar rayon bölməsi, Korrupsiyaya qarşı Mübarizə Fondunun Qusar Regional Nümayəndəliyi, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Qusar rayon şöbəsi, “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi və digər qurumların fəaliyyətləri, qarşıda duran vəzifələr, reallaşdırılması planlaşdırılan layihələr ilə bağlı fikir mübadiləsi aparılıb, ictimai fəaliyyətin genişləndirilməsinin vacibliyi qeyd olunub. Qarşılıqlı fəaliyyətin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə təkliflər səsləndirilib. Görüş müzakirələrlə davam etdirilib.
Keçidlər