Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib

10 iyul 2026 | 09:52
İyulun 9-da Quba Olimpiya İdman Kompleksində Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə "Qızıl oyun" superkubok qarşılaşması keçirilib. Gərgin mübarizə şəraitində baş tutan oyunda Qusar rayon çempionu olan “Quxuroba” FK ilə region çempionu olan “Qadaşoba” FK komandaları üz-üzə gəliblər. Rəqibinə üstünlük nümayiş etdirən Qusar təmsilçisi oyundan 5:3 hesablı qələbə ilə ayrılıb. Oyunu tribunadan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və RİH Başçısı Aparatının məsul şəxsləri də izləyiblər. Oyundan sonra qalib komanda təltif olunub. “Quxuroba” FK-ya Şimal Regional Futbol Federasiyası tərəfindən kubok və diplomlar təqdim edilib. Eyni zamanda, regionda futbolun inkişafına göstərdiyi diqqət və qayğıya görə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova təşəkkürnamə təqdim olunub.
Komandamızı parlaq qələbə münasibətilə təbrik edir və uğurlar arzulayırıq.
Keçidlər