Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qızlar arasında voleybol idman növü üzrə Qusar rayon turniri keçirilib

09 mart 2026 | 16:36
 
Martın 7-də Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman həftəsi” çərçivəsində qızlar arasında voleybol idman növü üzrə Qusar rayon turniri keçirilmişdir.
Turnirdə hər biri 12 nəfərdən ibarət olmaqla 10 komandanın tərkibində ümumilikdə 120 nəfər idmançı mübarizə aparmışdır.
Yarışın nəticələrinə əsasən, Qusar Olimpiya İdman Kompleksinin komandası I yerə, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Qusar şəhər Tofik İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülmüşdür.
Sonda qalib və mükafatçılar müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşdur.
Keçidlər