Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən uğurlu məktəblər siyahısında Qusarın 3 məktəbi yer alıb

27 iyul 2026 | 17:39
2025-ci ildə keçirilmiş tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatlar “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub. Qusar rayonunda 2025-ci ildə 930 məzun ümumtəhsil məktəbini bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarından 32 nəfər 500-dən, 7 nəfər isə 600-dən yuxarı bal toplayıb. Nəşrdə Quba-Xaçmaz iqtisadi rayonu üzrə respublika səviyyəsində ən uğurlu məktəblərin siyahısı da açıqlanıb. Siyahıya Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Çingiz Qurbanov adına Həzrə kənd tam orta məktəbi və Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin adları daxil edilib.
Keçidlər