Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə yeni nümayəndəsi kollektivə təqdim edilib

05 iyun 2025 | 18:24
Qusar rayonu zəngin mədəni irsi, etnik tərkibi və qədim ənənələri ilə Azərbaycanın mədəni xəritəsində xüsusi yer tutur. Regionda fəaliyyət göstərən mədəniyyət müəssisələri milli-mənəvi dəyərlərin qorunması, təbliği və gənc nəslə ötürülməsi istiqamətində mühüm rol oynayır.
5 iyun 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşü baş tutub. Görüşdə rayonda mədəniyyət sahəsinin mövcud vəziyyəti, mədəniyyət ocaqlarının fəaliyyəti, yaradıcı fəaliyyətin stimullaşdırılması, milli-mənəvi dəyərlərin təbliği və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
Çıxışında İcra Hakimiyyətinin başçısı qeyd edib ki, mədəniyyət cəmiyyətin mənəvi əsaslarını təşkil edən, xalqın milli kimliyini yaşadan mühüm sahədir. Ümummilli lider Heydər Əliyev hər zaman mədəniyyətə xüsusi diqqət və qayğı ilə yanaşmış, bu sahənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu siyasət bu gün də Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu baxımdan mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələr daha da artır və onların fəaliyyətində yüksək peşəkarlıq, təşəbbüskarlıq və ictimai fəallıq zəruridir.
Sonda Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Müəssisələri ilə iş sektorunun baş məsləhətçisi – Qusar rayonu üzrə nümayəndəsi vəzifəsinə yeni təyin olunmuş Elvira Arif qızı Hacıbalayeva kollektivə təqdim olunub. İcra başçısı yeni nümayəndəni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb, göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib.
Elvira Hacıbalayeva ona göstərilən yüksək etimada görə dərin minnətdarlığını bildirib. O, bu təyinatı böyük məsuliyyət kimi qəbul etdiyini bildirərək, Qusar rayonunda mədəniyyət sahəsinin inkişafı və yaradıcı mühitin canlandırılması istiqamətində əzmlə çalışacağını vurğulayıb.
Tədbirdə iştirak edən mədəniyyət müəssisələrinin rəhbərləri də yeni təyin olunmuş nümayəndəni təbrik edərək, rayonun mədəni həyatının daha da canlandırılması, mədəniyyət sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi və rəhbərlik etdikləri müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində birgə və koordinasiyalı şəkildə işləməyə hazır olduqlarını qeyd ediblər.
Keçidlər