Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar bələdiyyəsində gənc istedadlarla görüş keçirilib

17 mart 2025 | 18:15
Son zamanlar süni intellekt texnologiyaları insanların həyatına sürətlə daxil olur. Bəşəriyyətin mütərəqqi inkişafı, insanların fəaliyyətinin asanlaşdırılması baxımından əvəzsiz rola malik olan bu sahəyə maraq da kifayət qədərdir.
Qusar rayonunda fəaliyyət göstərən “Kavkaz Robotics Scholl”da 40-a yaxın şagirdə məhz proqramlaşdırma, mexanika, elektronika sahələri ilə bağlı biliklər öyrədilir. Yarandığı qısa müddət ərzində bir çox uğurlara imza atan Mərkəzin 20 şagirdi 1 və 2 mart tarixlərində Bakı şəhərində keçirilən “Fibonacci İnternational” robot olimpiadalarının Azərbaycan mərhələsində “sumo robot” kateqoriyası üzrə uğurlu nəticə əldə edərək yarışmanın Türkiyədə keçiriləcək növbəti mərhələsinə vəsiqə qazanıblar.
Fevralın 26-da mərkəzin müəllim və yetirmələrinin Qusar rayon İcra Hakimiyyətinin başçısı ilə görüşü zamanı süni intellekt texnologiyalarının gündəlik həyatımızda əvəzsiz rolu, rayonda bu sahədə mövcud vəziyyət, qarşıda duran vəzifələr, çatışmazlıqlar, qazanılan nailiyyətlər və mərkəzin fəaliyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Onlarla növbəti görüş Qusar şəhər bələdiyyəsində baş tutmuş, şagirdlərin müəllifi olduqları mini robotlara baxış keçirilmişdir. Qusar şəhər bələdiyyəsinin sədri Təlim Yarmətov onları qələbə münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb və hədiyyələr təqdim edib.
Tədris mərkəzinin müəllimi David Əliyev səmimi görüşə, onlara göstərilən diqqətə görə minnətdarlığını bildirərək, uğurlu fəaliyyətlərini davam etdirəcəklərini, bundan sonra da səylə çalışacaqlarını qeyd edib.
Keçidlər