Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar futbolunun zəfəri: “Şahdağ” FK çempionluq kubokunu qazandı

22 may 2025 | 12:37
Azərbaycan çempionatının II Liqasında mövsümə yekun vurulub. Mövsümün son oyununda paytaxt təmsilçisi “Dinamo” ilə qarşılaşan Qusar təmsilçisi “Şahdağ” FK Binə qəsəbə stadionunda baş tutan həlledici matçda rəqibi ilə qolsuz heç-heçə edərək xallarını 72-yə çatdırıb. Liqanı lider olaraq tamamlayan komanda çempionluq titulunu rəsmiləşdirib.
Gərgin mübarizə şəraitində keçən final oyununda komanda həm taktiki ustalıq, həm də fiziki hazırlıq baxımından üstünlüyünü qoruyub saxlayıb. Turnir ərzində göstərdiyi parlaq oyun, taktiki intizam və komanda ruhu ilə seçilən “Şahdağ” komandası həm müdafiədə, həm də hücumda yaradıcı və effektiv strategiyası ilə fərqlənib. Komandanın qazandığı parlaq qələbə planlı hazırlığın, peşəkar məşq proseslərinin, idmançılar arasında formalaşan birlik və azarkeş dəstəyinin bariz nəticəsidir. Qusar təmsilçisi “Şahdağ” futbol komandasının mövsüm ərzində nümayiş etdirdiyi əzmkar mübarizə rayonun idman potensialının əyani göstəricisidir.
Bu parlaq qələbə münasibətilə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından “Şahdağ” futbol komandasının rəhbərliyini, məşqçi heyətini və bütün komanda üzvlərini səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər və növbəti yarışlarda da uğurlar arzulayırıq. Əminik ki, gələcək mövsümlərdə də komanda uğurlarını davam etdirərək, daha yüksək pillələrə yüksələcək və Qusar rayonunun adını ölkə və beynəlxalq arenalarda layiqincə təmsil edəcəkdir.
Keçidlər