Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar gəncləri regional debat turnirində fərqləniblər

30 oktyabr 2026 | 17:56
 
Oktyabrın 30-da Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Rayon Heydər Əliyev Mərkəzində region gəncləri arasında “Şimal debat-2026” regional debat turniri keçirilib.
Turnirdə müxtəlif rayonları təmsil edən komandalar öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin finalında Qusar rayon komandası II yerə layiq görülüb.
Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər. Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında debat mədəniyyətinin təşviqi, onların analitik düşüncə və qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də asudə vaxtın səmərəli təşkilidir.
Keçidlər