Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar gənclərinə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul imkanları və xidmət perspektivləri barədə məlumat verilib

02 iyun 2025 | 18:47
 
30 may 2025-ci il tarixdə Qusar şəhər 6 nömrəli tam orta məktəbdə VIII-X sinif şagirdləri üçün "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda maarifləndirici görüş keçirilib. Görüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təhsil siyasəti çərçivəsində gənclər arasında hüquq-mühafizə orqanlarında xidmətə marağın artırılması, eləcə də onların Polis Akademiyasına qəbul imkanları barədə məlumatlandırılması məqsədini daşıyırdı.
Tədbirdə Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev, şöbənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Ceyhun Osmanov, Polis Akademiyasının əməkdaşı, polis polkovnik-leytenantı Eldəniz Kazımov, həmçinin RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən polis rəisi Azər Əfəndiyev Azərbaycan Respublikasının daxili işlər orqanlarının fəaliyyəti, tədris istiqamətləri, karyera imkanları ilə bağlı məktəblilərə ətraflı məlumat verib. Qeyd edilib ki, hüquq-mühafizə sistemi yalnız hüququ qoruyan deyil, eyni zamanda dövlətin təhlükəsizliyinə xidmət edən strateji sahələrdən biridir. Gənclərin bu sistemdə xidmətə marağının təşviq edilməsi, onların milli və dövlətçilik dəyərlərinə sadiq, peşəkar və intizamlı kadrlar kimi formalaşmasına zəmin yaradır.
Daha sonra polis polkovnik-leytenantı Eldəniz Kazımov Polis Akademiyasına qəbul şərtləri, təhsil prosesi, kadr hazırlığı və akademiyada mövcud maddi-texniki baza ilə bağlı təqdimatla çıxış edib. Bildirilib ki, Akademiyada gənc kadrların hüquqi biliklərə yiyələnməsi, fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində müasir tədris-metodik baza formalaşdırılıb.
Görüş interaktiv formatda davam etdirilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda Polis Akademiyasının tədris korpusu, yataqxana kompleksi və digər infrastruktur imkanlarını əks etdirən tanıtım videosu nümayiş etdirilib.
Keçidlər