Qusar idmançıları kikboksinq üzrə "Şuşa Kubokunda" fəxri kürsünün iki pilləsində yer alıblar
13 noyabr 2026 | 17:35
7-8 noyabr tarixlərində Bakı şəhərində keçirilən kikboksinq üzrə "Şuşa Kuboku" yarışında qusarlı idmançılar yüksək nəticə göstərərək fəxri kürsünün iki pilləsində yer alıblar.
Sərhədçi İdman Mərkəzində təşkil olunan yarışda Qusar Olimpiya İdman Kompleksinin boks, kikboksinq və MMA üzrə məşqçi-müəllimi Elşən Şükürovun yetirmələri uğurla çıxış ediblər. Belə ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Malik Zeynalov bütün rəqiblərini geridə qoyaraq qızıl medala, 50 kiloqram çəki dərəcəsində yarışan Rahim Burcaliyev isə ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Uğurlu nəticə göstərən idmançılarımızı və məşqçilərini təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzu edirik.






