Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar idmançıları mötəbər idman yarışlarında yüksək nəticələrə imza atıblar

24 sentyabr 2026 | 18:42
 
Qusarın idman ənənələri müxtəlif nəsillərin təmsilçiləri tərəfindən layiqincə davam etdirilir. Rayonun yetirmələri olan idmançılar ayrı-ayrı idman növləri üzrə ölkə və beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri nailiyyətlərlə həm rayon ictimaiyyətini sevindirir, həm də Azərbaycanın idman uğurlarına öz töhfələrini verirlər.
Sentyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürmüşdür. Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur. Azərbaycan cüdosunun tanınmış siması olan Fərhad Rəcəbli dünya çempionatında M8 yaş kateqoriyasında, 90 kiloqram çəki dərəcəsində mübarizə apararaq bürünc medal qazanmışdır. Azərbaycan cüdoçuları arasında Avropa miqyaslı yarışlarda ilk dəfə medal qazanaraq adını ölkə idmanı tarixinə həkk etmiş Fərhad Rəcəbli indiyə qədər veteranlar arasında 12 dəfə dünya, 11 dəfə Avropa çempionu tituluna sahib çıxmışdır.
Sentyabrın 20-də keçirilən güc idman növləri üzrə Respublika Kubokunda rayonun digər idmançısı Surət Pirnəzərov yüksək nəticə göstərərək 125 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülmüşdür. Surət Pirnəzərov bütün yaş və çəki dərəcələri üzrə yeni Azərbaycan rekorduna imza atmışdır.
İdmançılarımızı əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzu edirik.
Keçidlər