Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar “ISFA Sporting” Şahmat Məktəbinin şagirdindən uğurlu nəticə

24 iyun 2026 | 11:03
 
17–21 iyun 2026-cı il tarixlərində "LANDAU School" Təhsil Kompleksinin "Sea Breeze" korpusunda keçirilən 5-ci Landau Şahmat Festivalında Qusar rayonunu təmsil edən “ISFA Sporting” Şahmat Məktəbinin şagirdi Mahmudov Vidadi uğurlu nəticə əldə edib.
224 iştirakçının qatıldığı turnirdə Mahmudov Vidadi mümkün 9 xaldan 7 xal toplayaraq ümumi sıralamada 7-ci yerdə qərarlaşıb. Gərgin mübarizənin getdiyi yarışda Bakı, Abşeron və Sumqayıt şəhərlərindən olan çoxsaylı şahmatçıların üstünlük təşkil etməsinə baxmayaraq, şagirdimiz yüksək nəticə göstərərək beynəlxalq reytinq əmsalını 77 punkt artırıb.
Mahmudov Vidadinin bu nailiyyəti onun şahmat üzrə hazırlıq səviyyəsinin göstəricisidir. Vidadi Qusar şəhər 4 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir.
Qusar rayon İcra Hakimiyyəti adından Mahmudov Vidadini 5-ci Landau Şahmat Festivalında qazandığı uğurlu nəticə münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr və daha böyük nailiyyətlər arzulayırıq. Uğurların davamlı olsun!
Keçidlər