Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Qusar” komandası “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyində parlaq qələbə qazanıb

06 iyul 2026 | 18:25
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub. Yarışın keçirilməsinin əsas məqsədləri yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir. Ümumrespublika mərhələsində ölkənin bir sıra bölgələrini təmsil edən zona yarışlarının qalibi olan komandalar bilik və fiziki hazırlıqlarını nümayiş etdiriblər. Rayonun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Qusar” komandası 12 rayon və şəhəri təmsil edən komandalar arasında yüksək nəticə göstərərək III yerdə qərarlaşıb. Komandanı qələbə münasibətilə təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.
Keçidlər