Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar məktəblərində son zəng səsləndi.

14 iyun 2024 | 17:33

2024-cü il iyun ayının 14-də bütün ölkə ərazisində olduğu kimi, Qusar rayonunun ümumtəhsil məktəblərində də son zəng tədbirləri keçirildi. Qusar rayonunun Rusiya Federasiyası ilə sərhədində yerləşən Girik kənd tam orta məktəbində keçirilən son zəng tədbirində Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev də iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Girik kənd tam orta məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmiş, şagirdlərin nümunəvi çıxışlarına tamaşa etmişlər. Daha sonra tədbirdə çıxış edən Rüstəm Ağayev, Elman Mustafayev və digər natiqlər son illər ölkədə təhsilə  göstərilən dövlət qayğısından, təhsil sahəsində əldə edilən uğurlardan, tətbiq edilən yeniliklərdən danışmış, məktəbi bitirən məzunları təbrik edərək onlara müstəqil həyatda uğurlar arzu etmişlər. Tədbir məktəblilərin hazırladığı maraqlı musiqi nömrələri ilə davam etdirilmişdir.

Keçidlər