Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər

03 mart 2026 | 17:46
Qusar rayonunda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli kimlik şüurunun formalaşdırılması, müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği daim diqqət mərkəzində saxlanılır.
Martın 3-də Qusar şəhər 2 və 4 saylı tam orta məktəblərin şagirdləri Qusar Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı şagirdlər mərkəzdə nümayiş etdirilən fotoşəkillər, arxiv sənədləri və digər eksponatlarla yaxından tanış olublar. Onlara Ümummilli Lider Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində əməli fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitlik və inkişaf üçün möhkəm təməl formalaşıb, dövlətçilik ənənələri daha da güclənib.
Ekskursiya zamanı şagirdlər Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, təhsil, mədəniyyət, gənclər-idman və digər sahələrdə aparılan uğurlu dövlət siyasəti barədə məlumat əldə ediblər. Mərkəzin əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı “Dahi şəxsiyyət” adlı film nümayiş olunub.
Keçidlər