Qusar məktəblisindən növbəti respublika birinciliyi
06 may 2026 | 15:37
Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən dərindən öyrənilməsi, onun dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə hər il ənənəvi olaraq keçirilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.
Müsabiqədə Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ağamirzəyev Elmir Elşən oğlu yüksək hazırlıq və mükəmməl təqdimat bacarığı nümayiş etdirərək müsabiqənin qaliblərindən biri olaraq 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında təşkil olunan yarışmadır.
Ağamirzəyev Elmir təhsildə də yüksək göstəriciləri ilə fərqlənir. O, 2024-2025-ci tədris ilində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında mümkün 300 baldan 290 bal toplayaraq yüksək nəticə göstərib. Bununla yanaşı, istedadlı şagird 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual yarışmasının qalibi olub.
Qazanılmış bu yüksək nailiyyət münasibətilə Elmir Ağamirzəyevi təbrik edir, istedadlı şagirdimizə gələcək təhsil həyatında yeni-yeni uğurlar arzulayırıq.






