Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Peşə Liseyində abadlıq işləri aparılıb

27 iyul 2026 | 17:55
Qusar rayonunda sosial infrastrukturun müasirləşdirilməsi, o cümlədən təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır. Təhsilalanların peşəkar kadr kimi yetişdirilməsi və keyfiyyətli təhsil almaları üçün rayonun təhsil müəssisələrində abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bu istiqamətdə Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Qusar Peşə Liseyinin həyətində 450 kvadratmetr ərazidə yeni asfalt örtüyü döşənib. Eyni zamanda, liseyin idman zalında şəraitin daha da yaxşılaşdırılması məqsədilə pəncərələrə müasir tor quraşdırılıb. Bu da idman dərslərinin və yarışların daha rahat keçirilməsinə imkan yaradır.
Qusar Rayon İcra Hakimiyyəti tərəfindən rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən şəraitin yaradılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.
Keçidlər