Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Peşə Liseyində “Peşə Gələcəyindir” devizi altında “Açıq qapı” Günü keçirilib

08 iyun 2026 | 09:31
 
İyunun 5-də təşkil olunan tədbirin əsas məqsədi peşə təhsilinin təbliği, gənclərin düzgün peşə seçimində istiqamətləndirilməsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviq edilməsi olub.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, yerli sahibkarlar, liseyin tələbə və müəllim heyəti, fərqlənən məzunları, şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdir.
Qonaqlar liseyin müasir tədris və istehsalat bazası ilə yaxından tanış olub, tədris olunan ixtisaslar, məzunların gələcək məşğulluq imkanları barədə ətraflı məlumat alıblar. “Açıq qapı” günü çərçivəsində istehsalat təlimi ustaları tərəfindən müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilib. Tələbələrin hazırladıqları əl işləri, yaradıcılıq nümunələri və praktik bacarıqlarını nümayiş etdirən layihələr sərgilənib. Peşə Liseyinin fərqlənən məzunları öz təcrübələrini bölüşərək peşə təhsilinin karyera quruculuğunda yaratdığı imkanlardan danışıblar. Yerli iş adamları isə əmək bazarında peşəkar kadrlara olan tələbat və mövcud iş imkanları haqqında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində tələbələrin təqdimatında musiqi və rəqs nömrələri təqdim olunub. Rəngarəng çıxışlar iştirakçılarda xoş təəssürat yaradıb.
Keçidlər