Qusar Peşə Liseyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
02 noyabr 2026 | 17:54
Qusar Peşə Liseyinin müəllim və tələbə kollektivi Qusar şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Tələbələrə məlumat verilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsidir. Bu Zəfərin əsasında ölkə başçısının qətiyyətli siyasəti, Vətən uğrunda canını fəda edən şəhidlərimizin misilsiz qəhrəmanlığı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi dayanır. Bildirilib ki, hər bir şəhidin keçdiyi ömür yolu gənc nəsil üçün vətənpərvərlik məktəbidir.






