Qusar Peşə Liseyinin yeni direktoru kollektivə təqdim olunub
12 noyabr 2025 | 17:57
Noyabrın 12-də Qusar Peşə Liseyinə yeni təyin olunmuş direktor Xatirə Nağıbəyova kollektivə təqdim edilib.
Təqdimat mərasimində Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Kənan Həsənli iştirak ediblər.
Qeyd edək ki, Xatirə Nağıbəyova bu vəzifəyə təyin olunmazdan əvvəl Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində çalışıb.
Yeni direktor ona göstərilən etimada görə minnətdarlığını bildirib və qarşıdakı fəaliyyətində təhsil müəssisəsinin inkişafı naminə səylə çalışacağını vurğulayıb.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı adından Xatirə Nağıbəyovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.






