Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Poçt Filialı, Telekommunikasiya Qovşağı və Qaz İstismar Sahəsi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

07 noyabr 2026 | 16:00
 
Tədbirlər Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, 44 gün ərzində milli birlik və həmrəylik bizim ən böyük gücümüz olub. Müharibə dövründə bütün xalq “dəmir yumruq” ətrafında sıx birləşdi. Cəbhə bölgəsində vuruşan əsgərlərimizin arxasında dayanan arxa cəbhənin mütəşəkkilliyi, hər kəsin vahid amal uğrunda fədakarlıq göstərməsi milli birliyin ən bariz göstəricisi idi.
Çıxışlarda vurğulanıb ki, bu birlik yalnız müharibə dövrünə aid olmamalıdır. Dinc quruculuq dövründə də biz bu həmrəyliyi qoruyub saxlamalıyıq. Bunun əsas yolu hər kəsin öz işinə məsuliyyətlə yanaşması, öz vəzifəsini peşəkarcasına həyata keçirməsidir. Həmçinin bildirilib ki, şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutmaq, müharibə iştirakçılarına və qazilərə hörmət və ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Keçidlər