Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru yubileyi münasibətilə təbrik edilib

05 noyabr 2026 | 18:19
 
Noyabrın 5-də Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tanınmış həkim, rayonun ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən Şirinov Nadirşah Qırxlarbəy oğlu anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edilib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, RİH Başçısı Aparatının digər məsul şəxsləri, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə yubilyara rayon icra hakimiyyəti başçısının təbrikləri çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb. Həmçinin, rayon icra hakimiyyəti başçısının fəxri fərmanı təqdim edilib.
Görüş zamanı Nadirşah Şirinovun uzun illər ərzində səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyət, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirakı xüsusi qeyd olunub.
Çıxış edənlər yubilyarın çoxillik əmək fəaliyyətinin, ictimai fəallığının gənc nəslə nümunə olduğunu vurğulayaraq, ona bundan sonrakı həyat və fəaliyyətində də yeni nailiyyətlər arzulayıblar.
Nadirşah Şirinov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, bundan sonra da rayonun səhiyyə sahəsinin inkişafı naminə səylə çalışacağını qeyd edib.
Keçidlər