Qusar rayon İcra Hakimiyyəti başçısı rayonda fəaliyyət göstərən sahibkarlarla görüşmüşdür.
Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov rayonda fəaliyyət göstərən bir sıra sahibkarlarla görüş keçirmişdir. Görüşü giriş nitqi ilə açan RİH başçısı respublikada sahibkarlığın inkişafı üçün dövlət tərəfindən yaradılan şəraitdən, ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Tədbirdə çıxış edən sahibkarlar dövlət tərəfindən sahibkarlığın inkişafı sahəsində verilən qəraralardan mənmun olduqlarını, həmçinin rayonun əlaqədar qurumları tərəfindən bu sahənin inkişafı üçün daim dəstək göstərdiklərini bildirmişdir. Tədbir iştirakçıları yaradılan şəraitlə yanaşı həyata keçirilməsi nəzərdə tutulan layihələrdən, eyni zamanda qarşılaşdıqları problemlərdən söhbət açmış, problemlərin həlli yolları müzakirə etmişdir. Çıxış edən bəzi sahibkarlar müəyyən təkliflər də irəli sürmüş, rayon rəhbərliyi ilə bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.