Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

28 fevral 2025 | 18:40
Fevralın 28-də Qusar rayon İcra Hakimiyyətində “2024-cü il ərzində Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” haqqında hesabat iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyələr iştirak ediblər.
İclasda Qusar rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti, müasir infrastrukturun yaradılması, abadlıq, quruculuq, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Rayonun kəndlərinin qaz və elektrik enerjisi ilə təminatı vəziyyəti ilə bağlı iclas iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, Avaran və Mucuq kəndlərində qazlaşdırma işləri artıq yekunlaşmaq üzrədir.
İclasda həmçinin “Rayon icra Hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə təlimatlarına uyğun səlahiyyətlərinin konkret müəyyən edilməsinə dair Təlimat”ın əsas istiqamətləri, mahiyyəti ilə bağlı müzakirələr aparılmışdır.
Keçidlər