Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbriki-2026

17 iyun 2026 | 09:00
Hörmətli səhiyyə işçiləri!
Sizi 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Tibb peşəsi ən ali və müqəddəs peşələrdən biridir. İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq, xəstələrə şəfa vermək, onların ümid yerinə çevrilmək böyük məsuliyyət, yüksək peşəkarlıq və sonsuz fədakarlıq tələb edir.
Müstəqil Azərbaycanın inkişaf strategiyasında insan amili əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də səhiyyənin inkişafıdır. Son illər ərzində ölkəmizdə, o cümlədən Qusar rayonunda səhiyyə sahəsində aparılan islahatlar, mövcud infrastrukturun yenilənməsi və ən əsası, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan səhiyyəsi öz inkişafının yeni mərhələsini yaşayır. Tibb işçiləri peşəkar bilik və bacarıqları ilə cəmiyyətin rifahına mühüm töhfələr verirlər. Qusar rayonunun səhiyyə işçiləri də bu şərəfli missiyanı layiqincə yerinə yetirərək rayon əhalisinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində böyük əzmkarlıqla çalışırlar. Əminəm ki, rayonumuzun səhiyyə işçiləri bundan sonra da öz peşə fəaliyyətlərini yüksək məsuliyyət hissi ilə davam etdirəcək, insanların sağlamlığının qorunması və səhiyyə sahəsinin inkişafı naminə səylərini əsirgəməyəcəklər.
Əziz tibb işçiləri!
Əlamətdar peşə bayramınız münasibətilə hər birinizə bir daha səmimi təbriklərimi çatdırır, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Peşə bayramınız mübarək olsun!
Keçidlər