Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu Qaratoba kəndində olmuşdur
Qusar rayon İcra Hakimiyyəti başçsının növbəti səyyar qəbulu rayonun Qaratoba kəndində keçirilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Görüşdə vətəndaşlar kəndin mavi qazla təmin olunmasını, kənddə müasir tələblərə cavab verən yeni məktəb binasının inşasını, torpaq əsaslı suvarma arxlarına beton örtüyünün çəkilməsi, mövcud köhnə elektrik enerjisi xətlərinin yeni kabel sistemi ilə əvəz edilməsini xahiş etmişdir. Qəbulda kənd sakinləri tərəfindən qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı sakinlərə müvafiq izahatlar verilmiş, digər problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə lazımi göstərişlər verilmişdir.