Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Çiləgir kəndində keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Çiləgir kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə daxil olan Çiləgir kəndində içməli su və kanalizasiya şəbəkəsinin qurulması, Çiləgir kəndinin elektrik enerji təminat sisteminin yaxşılaşdırılması məqsədilə kəndin qalan 30% -nin kabel xətlərlə əvəz olunması, 2016-cı ildə sel suları tərəfindən dağıdılmış Çiləgir-Urva kəndlərarası avtomobil yolunun yenidən qurulması və digər məsələlərlə bağlı müraciətlər səsləndirmişdir. Vətəndaşları narahat edən məsələlərin bir qismi ilə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı qurumlara göstərişlər verilmişdir.