Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Gilah kəndində keçirilib

07 oktyabr 2025 | 19:04
Oktyabrın 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Gilah kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırdılar.
Səyyar qəbulda Gilah və Xuluq kəndlərinin sakinləri adıçəkilən kəndlərin qazlaşdırılması, Gilah kəndinin əsas yolunun asfaltlanması, qəzalı vəziyyətdə olan Xuluq kənd məscidinin təmir edilməsi, fərdi yaşayış evinə su xəttinin çəkilməsi ilə bağlı müraciətlərini ediblər. Həmçinin qeyd edilib ki, Xuluq kəndindən Nəcəfkənd kənd ibtidai məktəbinə şagirdlərin aparılması üçün, o cümlədən rayon mərkəzinə gediş-gəliş üçün marşrutun olmaması sakinlər üçün bir sıra problemlər yaradır.
Qəbul zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Keçidlər