Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Həsənqala kəndində keçirilib
05 noyabr 2026 | 18:21
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun növbəti səyyar qəbulu rayonun Həsənqala kəndində baş tutub. Səyyar qəbulda həmçinin RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, regionların inkişafına yönəlmiş Dövlət Proqramları çərçivəsində Qusar rayonunda reallaşdırılan mühüm infrastruktur layihələrindən bəhs edərək bildirib ki, rayonda həyata keçirilən işlər əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
İcra başçısı Həsənqala kəndində icarə haqlarının yığımı səviyyəsinin aşağı və ünvanlı dövlət sosial yardımı alan sakinlərin sayının az olduğunu diqqətə çatdıraraq, hər iki istiqamət üzrə aidiyyəti üzrə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər kənd ərazisində istismar müddətini başa vurmuş köhnə elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını, kənd daxili 1 kilometr yolun asfaltlanmasını, yeni salınmış yaşayış məhəlləsində elektrik xətlərinin yenilənməsini və digər bu kimi məsələlərin həllini xahiş ediblər.
Vətəndaşların qaldırdıqları bütün müraciətlər dinlənilib, onlara müvafiq izahatlar verilib. Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin mərhələli şəkildə araşdırılaraq həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Həsənqala kənd tam orta ümumtəhsil məktəbinin kitabxanasına baxış keçirərək burada mövcud olan kitab fondu, şagirdlərin mütaliəyə marağı və mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlərlə maraqlanıb. İcra başçısı, həmçinin məktəbin bir neçə sinif otağında şagirdlərlə görüşüb, tədris prosesi ilə maraqlanıb.






