Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Nəcəfkəndoba kəndində keçirilib

16 sentyabr 2025 | 18:34
Sentyabrın 16-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Qılahoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Nəcəfkəndoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda həmçinin RİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Sakinlərlə keçirilən görüşdə icra başçısı onların arzu və təkliflərini dinləyib, problemləri ilə tanış olub. Kənd sakinləri kəndin qazlaşdırılması, yanacaq odunla təmin olunma, qəzalı vəziyyətdə olan işıq dirəklərinin yenilənməsi, kənd yollarının çınqıl döşənərək hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Sakinləri narahat edən məsələləri daim nəzarətdə saxlayacağını bildirən rayon rəhbəri qaldırılan problemlərin həlli ilə əlaqədar idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd olunub ki, hazırda 3 kəndin qazlaşdırılması işləri aparılır, Nəcəfkəndoba kəndinin də layihəyə salınması işinə baxılacaq. Həmçinin kəndin yaxın günlərdə yanacaq odunla təmin olunacağı, 4 yeni elektrik dirəyinin quraşdırılacağı bildirilib.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, görüş və qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər