Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qaratoba kəndində keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Qaratoba kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Vətəndaşlar kəndin qazlaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və xətlərin yeniləri ilə əvəz edilməsi, avtomobil yolunun təmiri, kənd məktəbinin qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisinə ehtiyacı olması barədə və bir sıra digər məsələləri qaldırmışdır. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlər ilə tanış olaraq aidiyyatı qurumların rəhbərlərinə müafiq göstərişlər verdi, digər məslələrin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.