Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Şirvanlı kəndində baş tutub

09 dekabr 2025 | 18:22
Vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinin operativ şəkildə araşdırılması və problemlərinin həlli məqsədilə rayonun müxtəlif yaşayış məntəqələrində Qusar Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul dekabrın 9-da rayonun Şirvanlı kəndində baş tutmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafiə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırdılar.
Şirvanlı kənd sakinləri Şirvanlı kənd tam orta məktəbinin, kənd uşaq bağçasının və Quxuroba-Şirvanlı avtomobil yolunun əsaslı təmiri, kənd mədəniyyət evinə qaz xəttinin çəkilməsi, kənd yollarında müvafiq yerlərdə yol nişanlarının quraşdırılması, o cümlədən elektrik enerjisinin verilişində tez-tez fasilələrin yarandığını bildirərək mövcud problemin aradan qaldırılması, həmçinin istismara yararsız elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini səsləndirdilər.
Səyyar qəbul zamanı sakinləri maraqlandıran bu və digər məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və icra başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Keçidlər