Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Urva kəndində keçirilmişdir

12 yanvar 2023 | 16:16

Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Urva kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.  Sakinlər tərəfindən yeni yaşayış məhəllələrin qazlaşdırılması, Çiləgir-Urva avtomobil yolunun əsaslı təmiri, elektrik şəbəkəsinin yenidən qurulması və  digər məsələlərlə bağlı müraciətlər edilmişdir. Vətəndaşları  narahat edən məsələlərin bir qismi ilə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı qurumlara göstərişlər verilmişdir.

Keçidlər