Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Yuxarı Qələnxur kəndində keçirilmişdir.
22 dekabr 2022 | 17:38
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Yuxarı Qələnxur kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Sakinlər kəndlərarası yolun təmirini, yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını, kənd EATS-də nömrə tutumunun artırılmasını xahiş etmişdirlər. Şair Alxasov vətəndaşları narahat edən məsələləri ilə tanış olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir.