Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Yuxarı Tahircal kəndində keçirilib-2026

07 iyul 2026 | 18:34
İyulun 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Yuxarı Tahircal kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda həmçinin RİH Başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisələrin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Sakinlərlə keçirilən görüşdə icra başçısı onların arzu və təkliflərini dinləyib, problemləri ilə tanış olub. Kənd sakinləri təsərrüfatlara gedən yolun təmiri, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi, kənd tibb məntəqəsinin ixtisaslı həkim kadrı ilə təminatı və digər məsələlərin həlli ilə bağlı müraciətlərini səsləndiriblər.
Sakinləri narahat edən məsələləri daim nəzarətdə saxlayacağını bildirən rayon rəhbəri qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, görüş və qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər